Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqqı əlavələri ödənildi

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqqı əlavələri ödənildi
  • DÜNYA

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1, 4 mln manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR