Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR