Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırıldı

Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırıldı
  • DÜNYA

Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırılıb.


Bu barədə "Report” "Ukrainskaya pravda”ya istinadən xəbər verir.

Ağ rəngli, "DP-001-019″ dövlət seriya nömrəli "Volkswagen Jetta” diplomatik missiyanın yaxınlığında yandırılıb. Nəşr bildirib ki, bu dövlət seriyası Rusiyanın diplomatik nümayəndəliklərinin – konsulluqlarının, həmçinin diplomatik personalın üzvlərinin avtomobillərinə aiddir.

Yanğınsöndürənlər alova bürünmüş maşını söndürüblər. Hazırda Kiyev polisi hadisədə əli olanları müəyyənləşdirməyə çalışır.

 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR