“Kəpəz”in futbolçusu çempionatın bombardiri oldu

“Kəpəz”in futbolçusu çempionatın bombardiri oldu

Bayıl Arena"da keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub. Həlledici matçdan sonra birincilikdə ilk “3-lük”ə düşən komandalarla yanaşı, digər nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb.

Bu yaş qrupu üzrə “Kəpəz” komandasının üzvü Çingiz Məmmədov ən məhsuldar futbolçu olub. Liqanın bombardiri adını qazanan hücumçu mövsüm ərzində 45 qola imza atıb.  

Futbolçuya mükafatı AFFA-nın texniki direktoru Bernhard Lippert və AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR