“Kəpəz” “Rəvan”a qalib gəldi

“Kəpəz” “Rəvan”a qalib gəldi
  • İDMAN

8-ci turun oyunlarına start verilib.

Oktyabrın 16-da futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turuna “Rəvan” (Bakı) – “Kəpəz” (Gəncə) oyunu ilə start verilib.

“Bayıl Arena”da keçirilən görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 48-ci və 52-ci dəqiqələrində müvafiq olaraq Julien Ebah və Junior Osvaldo rəqib qapısına yol taparaq “Kəpəz”in qələbəsini rəsmiləşdiriblər. Bakı təmsilçisinin futbolçusu Kənan Manafov matçın 59-cu dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunun 87-ci və 90-cı dəqiqələrində “Rəvan”ın daha iki futbolçusu - Novruz Məmmədov və Orxan Lalayev də qırmızı vərəqə ilə cəzalandırılıblar.\oxuaz

Turnir cədvəli:

1. “Qarabağ” – 17 xal (7 matç)
2. “Qəbələ”– 16 (7)
3. “Zirə” – 15 (7)
4. “İnter” – 13 (7)
5. “Kəpəz” – 11 (8)
6. “Neftçi” – 9 (7)
7. “Xəzər-Lənkəran”– 6 (7)
8. AZAL – 4 (7)
9.  “Sumqayıt”– 4 (7)
10. “Rəvan” – 3 (7) 

Aktual.az

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR