Kənan M.M. əsgərlikdən Vəfa Zeynalovaya görə qaçıb? (VİDEO)

Kənan M.M. əsgərlikdən Vəfa Zeynalovaya görə qaçıb? (VİDEO)

Rejissor Kənan M.M. səmimi etirafı ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, "Onun sirri” proqramına qonaq olan rejissor əsgərlikdə olan zaman komandirini aldatdığını etiraf edib:

"Əgərlikdə icazə alıb Bakıya gəlmək istəyirdim. Diplomumu alıb hərbi hissəyə təhvil verməli idim, həm də Vəfa Zeynalovanın əkiz övladları dünyaya gəlmişdi. Görüşmək istəyirdik. Çünki İzzət Bağırov, Sevda Ələkbərzadə, Vəfa Zeynalova ilə tələbə vaxtı çox mehriban idik.

Hərbi hissənin yaxınlığında telefon xəttinin getdiyi dirəklər vardı. Komandirin otağına gedən xətti tapıb ona zəng vurdum. Səsimi dəyişib komandirlə danışdım. Mənə 15 gün icazə verdi. Evə gəlib dedim ki, Bakıya gedirəm. Gəlib Vəfagillə görüşdüm.

O zamanlar Zövqü adlı dostum vardı. Bakıda işlərim yaxşı deyildi deyə Naxçıvana qayıtmaq istəyirdim. O mənim biletimi yırtdı, qoymadı qayıdam. Əgər Zövqü biletimi cırmasaydı, bu gün Kənan M.M. olmazdım".

Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR