Kəlbəcərdə insan skeleti tapıldı: Ermənilər işgəncə ilə öldürüb

Kəlbəcərdə insan skeleti tapıldı: Ermənilər işgəncə ilə öldürüb

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.
 
Aktual.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırılaraq ekspertiza aparılması məqsədilə götürülüb.

Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.  
 
Hazırda araşdırmalar davam etdirilir.

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR