Ötən həftə Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi varlı havanalı iş adamından adi diplomatik kanallardan yayınaraq ABŞ Prezidenti Donald Trampa şəxsən gizli məktub çatdırmasını istəyib.
Aktual.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, məktub diplomatik nota kimi tərtib edilib və üzərinə Kubanın rəsmi möhürü vurulub:
"Trampa göndərilən məktubda iqtisadi və investisiya sazişləri, eləcə də sanksiyaların aradan qaldırılması təklif olunur. Məktubda həmçinin Kuba rejiminin ABŞ-ın işğalına hazırlaşdığı barədə xəbərdarlıq da var”.
Xəbər 44 dəfə oxunub.