Kanoe-slalomçumuz yarımfinala yüksəlib — “Rio-2016”

Kanoe-slalomçumuz yarımfinala yüksəlib   — “Rio-2016”
  • İDMAN

Bu gün “Rio-2016” Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.

Aktual.az  xəbər verir ki, Apasport.az saytının məlumatına görə, kanoe-slalomçu Yure Meqliç bir nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib.

Təmsilçimiz ilk keçidi 95,12 nəticə ilə 14-cü sırada tamamlayıb. İkinci keçiddə nəticəsini daha da yaxşılaşdıran Meqliç maneələri 90,70 saniyəyə dəf edib. 

Bununla da o, ümumi sıralamada 11-ci yeri tutaraq yarımfinala yüksəlməyə haqq qazanıb.

Qeyd edək ki, iki keçiddən sonra 21 idmançı arasında ən yaxşı nəticə göstərən ilk 15 atlet yarımfinala yüksəlib. Bu mərhələnin yarışları avqustun 10-u saat 20:30-da başlanacaq. Mübarizədə də ilk 10-luğa girəcək atletlər isə həmin gün saat 22:15-də başlayacaq finalda çıxış etməyə haqq qazanacaqlar.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR