Kanadalı idmançı: "Bakıda fantastik gimnastika arenası var"

Kanadalı idmançı:
  • İDMAN

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda idmançılar üçün yaradılmış şərait çox gözəldi.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu kanadalı idmançı Skott Morqan deyib.

Onun sözlərinə görə, idmançılar üçün hər şey nəzərdə tutulub: "Arena, sadəcə, fantastikdir. Məşq zalı və təhlükəsizlik səviyyəsini də qeyd etmək istərdim. İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir".

İdmançı nəticələrindən razı qaldığını da deyib.

O, dayaqla tullanmada hərəkətlər üzrə təsnifat yarışlarında 3 rotasiyanın yekununda 3-cü yeri tutur.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR