Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə qoymadılar

Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə qoymadılar

İdmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi.

Aktual.az-ın Ölkə.az-a istinadla məlumatına görə, K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.
K.Zeynallı təyyarədə olarkən "Instagram" vasitəsilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər söymüşdü.
Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verməsə də, bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin gəlməsinə icazə verilməyib.
Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyini, Bakıya özünün qayıtmasını bildiriblər.
K.Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də, nəticə dəyişməyib.
Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 - heç-heçə edib.

Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR