Kadırov ötən il 5 milyon qazanıb, amma maşını yoxdur

Kadırov ötən il 5 milyon qazanıb,   amma maşını yoxdur

Çeçenistan Respublikasının prezidenti səlahiyyətlərini yerinə yetirən Ramzan Kadırov 2015-ci ildə 5,01 milyon rubl (115,751 AZN) qazanıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə regionunun administrasiya rəhbərinin saytında məmurlar və onların ailə üzvlərinin gəlirləri haqqında yerləşdirilən statistik məlumatda qeyd olunub.

Sənədə əsasən Kadırovun 3,6 min kvadrat metr torpaq və 2,3 kvadrat metr yaşayış sahəsi var. Onun ailəsi hazırda 300 kvadrat metr olan evdə yaşayır.

Gəlir bəyannaməsinə əsasən Kadırov və onun ailə üzvlərinin nəqliyyat vasitələri yoxdur.

Kadırovun həyat yoldaşı Mədinə Kadırova isə ötən il 2,83 milyon rubl (65,384 AZN) gəlir əldə edib. Prezidentin xanımının 209,8 kvadratmetr ölçüsündə evi var.

Qeyd edək ki, Çeçenistan rəhbəri 2014-cü ildə 4,84 milyon rubl (111,823 AZN) gəlir əldə etmişdi.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR