İtkin düşən Qiyas Kərimovun meyiti tapılıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 15-də Kür çayının Zərdab rayonunun Laləağacı kəndinin ərazisindən keçən hissəsində yanvarın 19-da itkin düşən Ağcabədi rayon sakini Qiyas Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırma aparılır.