İtkin düşən 8 balıqçı xilas edildi

İtkin düşən 8 balıqçı xilas edildi

Dağıstanın Xəzər sahillərində itkin düşən bütün balıqçılar xilas edilib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin məlumatında deyilir.

"Mi-8 helikopteri hadisə yerində olub və üzən buz kütləsi üzərindəki 8 nəfəri xilas edib", - deyə məlumatda qeyd edilib. Balıqçılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, daha əvvəl Dağıstan Fövqəladə Hallar Nazirliyi iki qayıqda olan 8 balıqçının Xəzərdə köməksiz vəziyyətdə qalması barədə məlumat yaymışdı.

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR