İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 234.1-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş Vüsal Müzahir oğlu Hüseynliyə qardaşı Şəmkir şəhər sakini Hüseynli Şaban Müzahir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman "Rexona" markalı kosmetik vasitənin qapağında gizlədilmiş 1,980 qram "Marixuana" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR