İsti hava 220 nəfəri öldürdü

İsti hava 220 nəfəri öldürdü

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə ərazisində 330 milyondan çox vətəndaş kəskin su qıtlığı şəraitində yaşayır.

Aktual.az virtualaz.org-a istinadən bildirir ki, son iki həftə ərzində Hindistanda ən azı 220 nəfər istidən ölüb.

Qeyd olunur ki, Hindistanın ərazisinin böyük bir hissəsində dözülməz istilər hakimdir. Bu il havanın orta temperaturunun son 100 ildə rekord həddə çatacağı gözlənilir. Proqnozlaşdırılan maksimal temperatur 48 dərəcədən yüksək olacaq.

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR