İsraildə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

İsraildə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

“Justice For Khojaly”.

İsraildə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalıda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən faciənin qurbanlarının xatirəsinə həsr edilmiş anma gecəsi keçirilib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Justice For Khojaly” Beynəlxalq kampaniyası çərçivəsində hər il Xocalının işğalının ildönümünü qeyd edirlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin zalında erməni hərbçi cinayətkarlarının vəhşi əməllərini əks etdirən sənədli fotolar, broşurlar və kitablar nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman çıxış edərək erməni quldur dəstələrinin üzvlərinin silahsız yerli sakinlərə qarşı törətdikləri cinayətlərdən, onları yalnız azərbaycanlı olduqları üçün qətlə yetrirmələrindən danışıb.

Dağlıq Qarabağ müharibəsi ilə bağlı xatirələrini həmin dövrün çətin anlarını yaşayan şahidlər də tədbir iştiraçıları ilə bölüşüb.

Xəbər 880 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR