İsraildə “Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsi başlayıb

İsraildə “Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsi başlayıb

"Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Bu barədə "Report” TASS-a istinadla xəbər verir.
Qeyd edilir ki, "Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.
"Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Qeyd edək ki, Azərbaycanın "Eurovision 2019″ təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb.
Xəbər 1281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR