İspaniyada əcnəbilər 14 günlük karantinə alınmayacaq

İspaniyada əcnəbilər 14 günlük karantinə alınmayacaq

İspaniya hökuməti xaricdən gələnlər üçün icbari 2 həftəlik karantin qaydasını iyulun 1-dən ləğv edir.
 Aktual.az "Report”-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bu qərarın videokonfrans formatında keçirilən geniş iclasda verildiyini bildirib.
Qeyd edək ki, ölkə ərazisinə gələnlərin 14 günlük icbari karantin keçməsi qaydası mayın 15-dən qüvvədədir.
COVID-19 pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan İspaniya həm yoluxanların (282.852), həm də ölənlərin (28.752) ümumi sayına görə dördüncü yerdə, ölənlərin adambaşına sayına (615) görə isə ikinci yerdədir.
Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR