İŞİD-in silah anbarının yeri müəyyənləşib

İŞİD-in silah anbarının yeri müəyyənləşib

Rusiya silahlı qüvvələrinin minatəmizləyənləri İŞİD terror qruplaşmasının Suriyada 12 min döyüş sursatının saxlanıldığı silah anbarının yerini müəyyənləşdiriblər.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyat qrupu Tadmor şəhəri yaxınlığında terror qruplaşmasının yaxşı masakalanmış və mühafizə edilmiş silah anbarını tapıblar. Anbarda 12 min döyüş sursatı, o cümlədən müxtəlif minalar, artilleriya qurğuları saxlanılır.
Silah arsenalı zərərsizləşdirilib. Rusiya istehkamçıları onu sonradan ləğv etmək üçün təhlükəsiz yerə çıxarmağa hazırlaşırlar.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR