İŞİD çimərliklərdə partlayışlar HAZIRLAYIR

İŞİD çimərliklərdə partlayışlar   HAZIRLAYIR

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Avropanın məşhur kurortlarında terror aktlarını həyata keçirməyə hazırlaşır. Teraktların reallaşacağı yerlər qismində İtaliya, İspaniya və Fransanın cənubundakı çimərliklər ehtimal olunur.


Milli.Az Bild-ə istinadən bildirir ki, Almaniyanın xüsusi xidmət olrqanları bu barədə məlumatı italyan həmkarları vasitəsilə Afrikadan alıblar.

İtaliyanın xüsusi xidmət orqanlarının əldə etdikləri məlumatlara görə, İŞİD terrorçuları məşhur çimərliklərdə suvenir və içki satıcıları "obraz"ında olacaqlar. Əslində isə onlar silahlı olacaqlar və bir çoxları "canlı bomba" kimi özlərini çimərlikdə partladacaqlar. 
Konkret hədəflər İtaliya, İspaniya kurortları, habelə Fransanın cənubundakı populyar çimərliklərdir.
"Həmin terrorçuların əslən Seneqaldan olduqları vurğulanır. Bu şəxslər Nigeriyadakı "Boko Haram" qruplaşmasının üzvləridir. "Boko Haram" ötən il İŞİD-ə birləşib, "sədaqət andı" içib," - "Bild" yazır.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR