İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb
  • DÜNYA

 İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria"ya BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamimi bildirib.

"Çirkli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb", - deyə ət-Tamimi qeyd edib. O, əlavə edib ki, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur.

Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.

 
Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR