İraq və Küveyt də neft hasilatını donduracaq

İraq və Küveyt də neft hasilatını donduracaq
  • DÜNYA

İraq və Küveyt neft hasilatının hazırkı kvotalarının "dondurulmasını" dəstəkləməyə hazırdırlar.

Aktual.az  APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, neft hasilatının həcminə görə OPEK-də ikinci yeri tutan İraq neft hasilatının həcmini  yanvar ayı səviyyəsində "dondurulmasını" dəstəkləməyə hazırdır.  Hasilat həcminə görə (sutkada 3 mln barel)  OPEK-də üçüncü yerdə olan Küveyt də hasilat həcmlərinin "dondurulması" təşəbbüsünü dəstəkləməyə hazırdır.

Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə,  2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Fevralın 17-də Venesuelanın neft naziri Neft hasilatının  dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR