İraq Hit şəhərini azad etdi

İraq Hit şəhərini azad etdi

İraq təhlükəsizlik qüvvələri Ənbər vilayətində yerləşən Hit şəhərini İŞİD terror qruplaşmasından azad edib.

Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə cümə axşamı Pentaqon nümayəndəsi polkovnik Stiv Uorren deyib.

"Keçən həftə Ərəfat çayının vadisində İraq təhlükəsizlik qüvvələri Hit şəhərini İŞİD qruplaşmasının əlindən alıb və İraq xalqına qaytarıb. Hit azad edilib", - Uorren bildirib.

Bundan başqa, keçən həftə İraqın silahlı qüvvələri Dəclə çayı vadisində bir neçə ciddi hücumun qarşısını almağa müvəffəq olub.

Yüz mindən çox əhalisi olan Hit şəhəri 2014-cü ilin oktyabrında həftələrlə sürən döyüşlərdən sonra İŞİD tərəfindən zəbt edilmişdi.

O zamandan bəri şəhər terrorçuların nəzarəti altında idi. Pentaqonun nümayəndəsinin sözlərinə görə, şəhər strateji mahiyyət daşıyır.

Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR