İranın istefa verən təhsil nazirinin yerinə təyinat olub

İranın istefa verən təhsil nazirinin yerinə təyinat olub

İran prezidenti Həsən Ruhani ölkənin Təhsil Nazirliyinin rəhbərliyinə Müctəba Zeynivəndi təyin edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M.Zeynivənd yeni nazir təyin olunanadək nazirin vəzifələrini icra edəcək. 
M.Zeynivədn bundan öncə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən nazirin müşaviri, şura katibi, maliyyə şöbəsinin rəisi və digər vəzifələrdə çalışıb.
Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi bir neçə gün öncə istefa verib. 
Bəzi KİV-lər prezident H. Ruhanin onun işindən narazı olmasının M.Bəthayinin istefa ərizəsini yazmasına səbəb olduğunu yazmışdı. Ötən gün H. Ruhani nazirin istefasını qəbul edib. 
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR