İranın hücum təhlükəsi: Yunanıstan hərəkətə keçə bilər...

İranın hücum təhlükəsi: Yunanıstan hərəkətə keçə bilər...
  • DÜNYA

İranın təhdidi səbəbindən Yunanıstan Krit adasındakı ABŞ üçün mühüm hərbi bazalardan birinin müdafiəsini gücləndirmək məqsədilə "Patriot” sistemlərindən birini ora yerləşdirə bilər.

Aktual.az xəbər verir ki, bu barədə "Kathimerini” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ üçün Aralıq dənizində mühüm əhəmiyyət daşıyan bu obyektin müdafiəsinin gücləndirilməsi zərurəti İranın Avropadakı ABŞ bazalarına zərbələr endirməyə hazır olduğunu bəyan etməsindən sonra yaranıb. Köçürülməsi planlaşdırılan "Patriot” zenit-raket kompleksi mart ayında Karpatos adasında yerləşdirilib.

Yunanıstan Müdafiə Nazirliyi Yaxın Şərqdə eskalasiyanın yaratdığı riskləri və İranın Avropada ABŞ hərbçiləri tərəfindən istifadə olunan obyektlərə mümkün zərbələr endirməsi ehtimalını araşdırır. Mənbələrin məlumatına görə, əgər Yunanıstan hərbçiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası üçün təhlükəni ciddi hesab etsələr, ərazinin hava hücumundan müdafiəsini gücləndirmək üçün "Patriot” kompleksi ora köçürülə bilər.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR