İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

İranda mayın 30-dan etibarən növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, namizədlər iyunun 3-dək qeydiyyat üçün Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.
İyunun 4-dən etibarən İslam İnqilabı Keşikçiləri Şurası 7 gün ərzində namizədin prezidentliyə uyğunluğunu müəyyən etmək üçün qeydə alınmış bütün namizədlərin namizədliklərini nəzərdən keçirəcək. Təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Siyahı dərc edildikdən sonra hər bir namizədin təşviqat üçün 15 gün vaxtı olacaq.
Seçkilər iyunun 28-də keçiriləcək. Birinci turda heç bir namizəd səs çoxluğunu toplamasa, iyulun 5-nə ikinci tur təyin edilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Qeyd edək ki, mayın 19-da ölkə prezidenti İbrahim Rəisi İranın Şərqi Azərbaycan əyalətində helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Onunla birlikdə helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və ölkənin bir sıra dövlət rəsmiləri olub. Təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri, ümumilikdə 8 nəfər həlak olub.
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR