İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb
  • DÜNYA

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri bildirib.
O deyib ki, bu il ölkədə 98 nəfər Krım-Konqo qızdırmasına yoluxub, onlardan 10 nəfər həyatını itirib.
"Ölkənin şərq sərhədlərində mal-qara qaçaqmalçılığı daha çox olduğu üçün, Sistan və Bəlucistan əyalətində bu qızdırmaya yoluxma halı daha çoxdur. Belə ki, ötən illə müqayisədə bu hal artıb”, – K. Əmiri vurğulayıb.
O qeyd edib ki, Ərdəbil, Kirmanşah və Rəzəvi Xorasan əyalətlərində də bu xəstəliyə tutulanlar var.
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR