İranda daha 114 nəfər pandemiyanın qurbanı olub

İranda daha 114 nəfər pandemiyanın qurbanı olub
  • DÜNYA

İranda son sutkada 6 286 nəfərə COVID-19 diaqnozu qoyulub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, ölkədə eyni dövr ərzində 114 nəfər koronavirusun qurbanı olub.
Beləliklə, İranda indiyədək 1 231 429 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 55 337 nəfər ölüb, 995 570 nəfər sağalıb.
Hazırda ölkədəki aktiv xəstələrdən 5 013 nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyuhb, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR