İranda bir qrup türk vəkil terror aktlarını qınayan Bəyanat yayıb

İranda bir qrup türk vəkil terror aktlarını qınayan   Bəyanat yayıb

İranda türklərdən ibarət olan bir qrup vəkil Ankara, İstanbul, Brüssel, Bağdad, Lahore və s. kimi şəhərlərdə baş verən terror aktları ilə bağlı Bəyanat yayıb.

Bəyanatda bildirilir: “Hər kəs, başqa birisini öldürməyən və günahsız bir insanı qətlə yetirərsə, bütün insanları öldürmüş kimi olur. Və hər kəs başqa birisini ölümdən qurtararsa, bütün insanların həyatını qurtarmış olur. (Maidə surəsinin 32-ci ayəsi) Terror bəlası tarix boyu çox sayda günahsız insanın həyatına son qoyub və bir çox hüquq və təməl azadlıqları aradan qaldırmaq üçün bir hücum vasitəsi olub. Bundan başqa terror müxtəlif ölkələrin təhlükəsizliyi və onların ərazi bütövlüyü üçün bir təhdid olub. Hal-hazırda Yaxın Şərq ölkələri və hətta Avropa ölkələrində bir çox insan terror bəlasının qurbanı olub və olmaqdadır. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib və dünya üzrə barış və təhlükəsizliyi təhdid edir. Son vaxtlar Kürdistan özgürlük şahinləri (PKK terror qruplaşmasına bağlıdır), İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahoredə terror aktları törədərək çox sayda günahsız insanın ölümünə səbəb oldular. Biz İranda bir qrup türk vəkil, terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq elan edirik: Müxtəlif millətlər, xüsusi ilə də Yaxın Şərq millətləri ilə yanaşı digər dövlətlər və beynəlxalq təşkilatlar da terrorizmə qarşı mübarizə aparıb və bunun kökünü qurutmağa çalışmalıdılar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorçuların qarşısında səssiz qalmağı, onlara haq qazandırmağı və bu zəmində ikili standard yanaşmasını həm insani və həm də hüquqi baximdan qəbul etmirik, bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq.
İran türk vəkillər qrupu:


Mehdi Cəfərzadə
Cəfər Əfşarniya
Raziyə Sərdari
Cavanşir Tağızadə
Saleh Heydri
Əhməd Sarimi
Nasir Şıxzadə
Əli Əfrasyabi
Əmirəli Bəxşi
Həmid Valayi
Rəsul Məhərrəmi
Fatimə Səttari
Məhəmməd Xacəvi
Uumudəli Əmani
Məhəmməd Əli Əzizi
Səid Nurpur
Məsumə Qsimi
Dilcəvan Baqiri
Rza Azəri Sufyani
Əkrəm Əkbərzadə
İhsan Ərjənk
Səccad İslami
Mehdi Aslani
Solmaz Mehriban
Baəhram Sultani
Əhəd Niknam
Səməd Aləmi
Hamid Nüsrəti
Mənuçehr Süleymani
Nazila Nəcəfi
Səid Hüsenpur
Behzad Nəbati
Qasım Bodi
Fatimə Cəmalpur
Həsən Cəfərpur
Cahangir Əsədi
Sanaz Sadiqi
Bijən Nəsrullahi
Mehdi Cəlili
Əlirza İsmayılpur
Seyyid Səid Səidi
Məhəmməd Sadiqi
Abbas İntizari
Bəhmən Məhəmmədi

Aktual.az

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR