İran Rza Zərrabı geri istəyir

İran Rza Zərrabı geri istəyir

İran Milli Məclisində Babək Zəncani işi ilə bağlı qurulan rüşvətxorluq komissiyasının üzvü, millət vəkili Emir Sultan Abbasi İranın Rza Zərrabı geri istədiyini deyib.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, millət vəkili açıqlamasında Rza Zərrabı geri gətirmək üçün hər fürsəti dəyərləndirəcəklərini dilə gətirib: "Əlimizdə olan rəsmi sənədlərə görə, Zəncaninin pulunun böyük miqdarı Rzadadır. Buna görə onu bura gətirmək üçün hər fürsəti dəyərləndirməliyik" .

Bildirək ki,İran dövlətini 2.8 milyard dollarlıq aldatmaqla bağlı İranda məhkum edilən Babək Zəncani ilə Rza Zərrab arasındakı iş ortaqlığı ilk dəfə dünən İran Məclisində açıq müzakirə edilib və Zəncaninin pullarının Rzada olduğu iddia edilib.

Millət vəkili bildirib ki, Rza Zərrab Zəncanin bu rüşvətxorluq işindəki ən mühüm insandır: "Onlar iş ortağı idi. Heç vaxt bir-birindən ayrı olmayıblar. Rza Zəncanin işindəki ən mühüm insandır. Ona görə Zəncani işi üçün Rzanın əlimizdə olması vacibdir.
İran dövlətinin Zəncanidən geri almalı olduğu pullar və malların bir çoxu Rzanın əlindədir. Zəncanin mal varlığı 5 milyard dollar olduğu təxmin edilir. Bunun kiçik miqdarı ölkə daxilində, digər kiçik miqdarı isə ölkə xaricindədir. Zəncanin bilinməyən başqa ortaqları da var və əsas pullar onların yanındadır. Bunlardan biri də Rza Zərrabidir. Buna görə onu bura gətirmək üçün hər fürsəti dəyərləndirməliyik".

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR