İran nefti sanksiyalara baxmayaraq Çinə çatdırılıb

İran nefti sanksiyalara baxmayaraq Çinə çatdırılıb

İran neft ixracatına qarşı ABŞ sanksiyalarına baxmayaraq bu ölkədən göndərilən neft Çinə çatdırılıb.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, mayın 12-də İran neftini daşıyan "Marschal Z” tanker gəmisinin Şərqi Çin dənizi sahilindəki Jouşan şəhəri yaxınlığındakı Jinrun limanına yan alaraq 130 min tona yaxın neft liman anbarlarına vurulduğu məlum olub.
Hələ bu il martın 20-də sanksiyalardan yayınmaq şərtilə müəyyən həcmdə İran neftinin ardıcıl olaraq "Marschal Z” də daxil olmaqla dörd gəmiyə yüklənib boşaldaraq İraq sənədlərilə tədarükə cəhd göstərilməsi haqda xəbər verilmişdi.
Yanvar ayında "Marschal Z” tankerinin BƏƏ sahillərində daha böyük tankerdən qəbul edilən neft yükünü bir ay sonra Malayziyanın Malakka limanında "Liviya” adlı tankerə ötürdüyü, martın 22-də isə Malayziya sahilləri yaxınlığında həmin gəmidən təkrarən götürdüyü bildirilir.
Qeyd edək ki, iki həftə bundan əvvəl ABŞ administrasiyası İran xam neftinin iri alıcılarına verdikləri güzəştləri ləğv etməklə bu ölkənin neft ixracatını tam əngəlləmək üçün addımlar atmışdı.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR