“İran neft hasilatını dayandırsa, sanksiya tətbiq etmiş olacaq” - Nazir

“İran neft hasilatını dayandırsa, sanksiya tətbiq etmiş olacaq”   - Nazir

İran neft hasilatını “dondursa”, bu, ölkənin özünə qarşı iqtisadi sanksiya tətbiq etməsi demək olacaq.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın enerji naziri Həmid Çitçiyan Səudiyyə Ərəbistanının rəsmi Tehrana qarşı irəli sürdüyü tələbə cavab olaraq bildirib.

Xatırladaq ki, aprelin 17-də Dohada OPEC-ə üzv olan dövlətlər toplaşaraq dünya bazarında neftin qiymətini yüksəltmək üçün Rusiyanın neft hasilatını “dondurmaq” təklifini müzakirə ediblər.

Rusiya hasilatın dayandırılması təqdirdə neftin qiymətinin yüksələcəyini bildirirdi. Lakin Səudiyyə Ərəbistanı toplantının gedişində bildirib ki, rəsmi Ər-Riyad İranın da neft hasilatını “dondurmasını” tələb edir. Səudiyyə Ərəbistanının bu mövqeyi toplantının nəticəsiz başa çatmasına səbəb olub.

Qeyd edək ki, Qərb dövlətləri ilə aparılan danışıqlardan sonra əldə edilmiş razılaşmaya əsasən İran Avropaya neft ixrac etmək imkanı qazanıb. Belə bir məqamda neft hasilatının dayandırılması İranı qane etmir. Çünki uzun müddət Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkən İran ölkəyə valyuta gətirilməsi və iqtisadiyyatını gücləndirmək imkanını itirmək istəmir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR