İran gəmisinin Xəzər dənizində batma anı - VİDEO

İran gəmisinin Xəzər dənizində batma anı - VİDEO

İyulun 26-daXəzər dənizindəİranaməxsus gəmi batıb.


"Report" "Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlikekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir.

Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Bundan başqa, əraziyəFövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub.

Sərhəd gözətçi gəmisi vəhelikopterlərhadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Heyət üzvləri Bakıya gətirilib. Onlardan 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

Gəminin batmasına səbəb kimiağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR