İran “Bavər -373” havadan müdafiə sisteminin təqdimatını edib

İran “Bavər -373” havadan müdafiə sisteminin təqdimatını edib
  • DÜNYA

İran "Bavər -373” havadan müdafiə sisteminin təqdimatını edib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasiminda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Silahlı Qüvvələrin yüksək rütbəli komandir heyəti iştirak edib.
"Bavər-373″ havadan müdafiə sisteminin Rusiyanın "S-300″ raket əleyhinə müdafiə sistemləri ilə eyni gücə malik olduğu bildirilir. Məlumatda qeyd olunur ki, bu sistemin hazırlanması iranlı mütəxəssislər tərəfindən və "Səyad 2” və "Səyad 3” müdafiə sistemlərinin texnologiyasından istifadə olunaraq hazırlanıb.
Sistem hava hədəflərini birbaşa məhv etmə qabiliyyətinə malikdir. Müxtəlif növ hava hədəfləri, o cümlədən gizli təyyarələri, strateji və bombardımançı təyyarələri, pilotsuz təyyarələri, kruz raketlərini, radar əleyhinə olan raketləri, ballistik raketləri və oxşar hava hədəflərini tapıb məhv etmə gücünə malikdir.
Sistem, həmçinin 300 hədəfi müəyən edib, 60 hədəfi izləyib və 6 hədəfi eyni zamanda məhv etmə gücünə malikdir.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR