İradəni Fədayəyə dəstək verdiyi üçün tənqid etdilər

İradəni Fədayəyə dəstək verdiyi üçün tənqid etdilər

Müğənni İradə İbrahimova həbsdə olan həmkarı Fədayə Laçının azad edilməsi barədə aparıcı Mirşahin Ağayevin fikirlərini İnstaqram-da paylaşıb.

Aktual.az axşam.az-a istinadən bildirir ki, onun paylaşımı birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ifaçını tənqid edərək, Fədayə Laçının digər məhbuslardan heç bir fərqinin olmadığını, bu səbəblə də əfv edilməsinin düzgün olmadığını bildiriblər.
İ.İbrahimova isə iradlara belə cavab verib:
"Mən siyasət nədir bilmədim, siyasətçil biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər və sairə.


Hər kəs özünün aynasıdır. Nə görürsə ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu sizin kiçik imtahanınız olsun və inşallah bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin".
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR