İnsan alverinin milyardlıq dövriyyəsi açıqlandı

İnsan alverinin milyardlıq dövriyyəsi açıqlandı
  • DÜNYA

Avropaya qeyri-leqal yollarla miqrant daşıyan, sayları 40 minə çatan insan qaçaqmalçılarının 2015-ci ilə aid illik ümumi dövriyyələrinin 6 milyard euro təşkil etdiyi güman olunur.

Aktual.az anspress-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Ortaq Polis Əməkdaşlığı Təşkilatı "Europol"un son hesabatında deyilir.

Cari ildə bu rəqəmin 3 qat arta biləcəyinə dair təşvişlərini dilə gətirən "Europol" hazırladığı hesabatda qaçaq miqrantların Avropaya qaçış yolunun hər hansı bir mərhələsində hökmən cinayətkar şəbəkələrlə təmas qurmağa məcbur olduqlarını bildirib.

İsveç polisi Milli Əməliyyat Departamenti insan qaçaqmalçılığı mütəxəssisi Ulla Albak insan qaçaqmalçılığı şəbəkəsinin hər gün daha da böyüdüyünü bildirib.

"Bu şəbəkələrin, üstündə çox işlədikləri qaçaqçılıq marşrutları var. Hansı sərhəd nəzarətindən necə keçəcəklərini yaxşı bilirlər. Avropa İttifaqı hüdudlarına daxil olmaq istəyən bir insanın özbaşına hərəkət etməsindənsə, bu şəbəkə ilə hərəkət etməsi daha asandır. Bu, çox böyük bir bazardır. İnsan qaçaqmalçıları hər hansı bir Avropa ölkəsi barədə həqiqəti əks etdirməyən parlaq görüntülər yaradırlar".

İnsan qaçaqmalçılarının prezentasiyası sosial şəbəkə və ya miqrant qrupları arasında "şayiə qəzeti" vasitəsilə həyata keçirilir. Onların, həmçinin işçi tapmaq və miqrantların keçəcəyi yollar barədə məlumat toplamaq üçün də sosial şəbəkədən istifadə etdikləri bildirilir.

"Europol"un hesabatında bildirilir ki, 2014-cü ilə nisbətən ötən il saxta pasport və sənəd hazırlamaqda şübhəli bilinən insanların sqayında da artım olub. Ötən il Albaniyada ifşa olunan saxta pasport və sənəd qruplaşmasının Bolqarıstan və Türkiyədəki kriminal şəbəkələrlə əlbir fəaliyyət göstərdikləri qeyd edilib. Axtarış zamanı polis Avropa ölkələrinə aid minlərlə saxta viza, şəxsiyyət vəsiqəsi, yaşayış yeri sənədi və sürücülük vəsiqəsi aşkarlayıb.

Suriyada artıq 4.5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb. Onların 2 milyonu Türkiyədə qaçqın düşərgələrində və ya fərdi şəkildə yaşamağa çaılışsalar da böyük əksəriyyəti daha yaxşı həyat üçün Avropanın yolunu tuturlar. Bu yolçuluğu isə çox vaxt həyatları ilə ödəyirlər.

Daha yaxşı həyat yaşamaq üçün qaçaq yollarla Avropa İttifaqı ölkələrinə getmək istəyənlər Yaxın Şərq ölkələrinin, o cümlədən Əfqanıstan, Pakistan, İran, Şimali Afrika və s. bu kimi ölkələrin sakinləridir.

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR