“İnkubasiya və İnnovasiya Mərkəzlərinin beynəlxalq sertifikatlaşması” mövzusunda görüş keçirilib  - FOTOLAR

“İnkubasiya və İnnovasiya Mərkəzlərinin beynəlxalq  sertifikatlaşması”  mövzusunda görüş keçirilib  - FOTOLAR

23 sentyabr tarixində İnnovasiyalar Agentliyində "İnkubasiya və İnnovasiya Mərkəzlərinin sertifikatlaşması” mövzusunda universitetlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli çıxış edərək sertifikatlaşma haqqında ətraflı məlumat verib. Tural Kərimli bildirib ki, proqramın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin fəaliyyət keyfiyyətini yüksətməkdir. İlk mərhələdə beynəlxalq standartlara əsasən ekosistemlərin aparıcı fiquru olan həm maddi-texniki, həm insan resursları, həm gənc potensiallara çıxış, həm də tədqiqat və innovasiyaların təkanvericisi olan ali təhsil müəssisələri ilə işə start veriləcək. Proqram ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin və onların koordinatorlarının beynəlxalq standartlara uyğun müvafiq təhsili alması və sertifikatlaşdırılmasını həyata keçirəcəkdir. Sertifikasiya və akreditasiya prosesi dörd mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə inkubasiyaların qiymətləndirilməsi və məlumatlandırılması, üçünçü mərhələdə koordinatorların sertifikatlaşdırılması və son mərhələdə isə mərkəzlərin akreditasiyadan keçirilməsi nəzərdə tutulmuşdur. Qurumların bu proqrama qoşulması könüllü xarakter daşıyır. Belə ki, artıq bu prosesin nəticəsində mərkəzlər startaplara daha güclü, effektiv və düzgün istiqamətdə təsir edə biləcək, onları istiqamətləndirə, inkişaf etdirə və qlobal bazarlar üçün hazır vəziyyətə gətirə biləcəklər. Son mərhələdə mərkəzə sahib universitetlərdəki işin səviyyəsi və peşəkarlığı artırılacaq, mərkəzi olmayan universitetlərdə isə yeni mərkəzlərin açılması, innovasiya fəaliyyətinin başlanması üçün işlər aparılacaq. 






Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR