İndoneziyada zəlzələdən ölənlərin sayı 1600 nəfəri ötüb

İndoneziyada zəlzələdən ölənlərin sayı 1600 nəfəri ötüb
  • DÜNYA

 İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və ardınca sunami nəticəsində ölənlərin sayı 1650 nəfərə çatıb, 563 nəfər itkin düşmüş hesab edilir.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici naziri Viranto deyib.
"Hazırda 1648 nəfər dəfn edilib, bununla belə 563 nəfər itkin düşüb", - deyə məmur söyləyib.
O qeyd edib ki, "ölənlərin hamısının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Buna baxmayaraq, yolxucu xəstəliklərin yayılmamasüçün ölənlər təcili dəfn edilməlidirlər".
Bundan əvvəl ölənlərin 1571 nəfər olduğu, 2,5 mindn çox insanın xəsarət aldığı bildirilirdi.
 
Aktual.az
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR