Çindən Brüssel görüşü barədə açıqlama

Çindən Brüssel görüşü barədə açıqlama

Çin Xarici İşlər Nazirliyi aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edib.

Qaynarinfo xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Çjao Litszyan Brüssel görüşünü müsbət dəyərləndirdiklərini bildirib.

"Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır. Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, XİN rəsmisi deyib.
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR