Çindən Azərbaycana daha 1 milyon ədəd tut tingi gətiriləcək

Çindən Azərbaycana daha 1 milyon ədəd tut tingi gətiriləcək

Gələn həftə Çindən Azərbaycana daha 1 milyon ədəd tut tingi gətiriləcək. 

Bu barədə Aktual.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 
"Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımı keyfiyyətli olduğu üçün barama qurdundan əldə olunan məhsulda bazar rəqabətinə dözümlü olur", - deyə məlumatda qeyd olunub. 
Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilərək yeni bağlar salınıb. 
Dövlət Proqramına uyğun olaraq yaxın illər üçün baramaçılığın güclü inkişafını təmin etmək məqsədi ilə tut bağlarının sahəsini artırmaq, paralel olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmaqdır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz tövhəsini verəcək.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR