Çində koronavirusa yoluxanların sayı 80,8 min nəfəri ötdü

Çində koronavirusa yoluxanların sayı 80,8 min nəfəri ötdü

Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.
 
 "Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ölkədə daha 1 318 insan sağalıb və xəstəxanalardan evə buraxılıb.
Komitə bildirib ki, Çində koronavirusa yoluxanların ümumi sayı 80 813 nəfər təşkil edir. Ölkənin 64 111 sakini yeni virusdan sağalıb, 3 176 nəfər ölüb.
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR