Çin hökuməti ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir

Çin hökuməti ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir
  • DÜNYA

Çin hökuməti illik 75 milyard dollarlıq ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir.

"Report” "CNBC”yə istinadən xəbər verir ki, Çin Dövlət Şurası ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına rüsumların 5 faizdən 10faizədək qaldırmaq qərarını verib. Bu addım iki mərhələdə, sentyabrın 1-də və dekabrın 15-də həyata keçiriləcək.
Bununla yanaşı dekabrın 15-dən ABŞ avtomobillərinə aprel ayından təxirə salınmış 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir.
Bu addımın ABŞ administrasiyası tərəfindən 300 milyard dollarlıq Çin mallarına qarşı 10 faizlik rüsum tətbiq etmək barədə ayın əvvəlindəki açıqlamaya cavab olaraq atıldığı bildirilir.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR