İlqar Məmmədov mitinq keçirməkdən imtina etdi

İlqar Məmmədov mitinq keçirməkdən imtina etdi

ReAL Partiyasının sədri İlqar Məmmədov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki "Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirməkdən imtina edib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, partiya sədri bu barədə sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi "Neftçi" İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edib.
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR