İllər sonra aldığı mükafatını restoranda unutdu

İllər sonra aldığı  mükafatını restoranda unutdu

İllər sonra “Sağ qalan” filmindəki roluna görə “ən yaxşı aktyor” nominasiyası üzrə “Oscar” alan Leonardo Di Kaprio mükafatını restoranda unudub. 

Aktual.az AzNews.az-a  istinadən xəbər verir ki, Di Kaprio və həmkarları mükafat almalarını Los-Ancelesdəki restoranlardan birində qeyd ediblər. 



Şənlikdən sonra aktyor bir neçə nəfərlə birlikdə restorandan çıxıb və avtomobilinə minib. Bu zaman bir kişi əlində “Oscar”la ona doğru qaçıb və “Siz bunu özünüzlə götürmək istərdinizmi?”,-deyə soruşub. 

“Denə ver”,-deyə Di Kaprio cavab verərək yoldaşlarından birinə işarə edib. Aktyorun işarə etdiyi şəxs mükafatını götürərkən, Di Kaprio özü başqa bir şəxsin ona uzatdığı içki butulkasını götürüb.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR