İlham Əliyev Naftalanda açılışlar etdi (YENİLƏNİB)

İlham Əliyev Naftalanda açılışlar etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Aktual.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
***

Prezident İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

Dövlət başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

***

Prezident İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

***

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR