“İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” – Elşən Musayev

“İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” – Elşən Musayev

Bu gün gözəl bir gündür. Bu gün ölkə Prezidentinin ad günüdür. Dəyərli rəhbərimizi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram” – Aktual. az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev "facebook” sosial şəbəkəsində paylaşdığı statusda bildirib.


"İlham Əliyev Azərbaycan xalqının lideri, sərkərdəsi və qəhrəmanıdır. İlham Əliyev hər məqamda, atdığı hər addımda, söylədiyi hər fikirdə, fəaliyyətinin bütün istiqamətlərində yalnız və yalnız dövlətinin, vətəndaşının, millətinin maraqlarını düşünür, həmin maraqlara xidmət edir. O bizi qoruyur. O bizi qələbələrə aparır. O Qarabağ fatehidir. O bizim qürurumuz və ümidimizdir. O qalib Ali Baş Komandandır. Adını tarixə qızıl hərflərlə yazdıran liderimiz əminəm ki, bundan sonra da bizi böyük qələbələrə doğru aparacaq. Bir daha çox dəyərli İlham Əliyevə hörmət və ehtiramımı bildirir, əziz Prezidentimizi ad günü münasibətilə təbrik edirəm” – deyə Partiya sədri fikirlərinə davam edib.  


Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR