İldırım 35 nəfəri öldürdü

İldırım 35 nəfəri öldürdü

Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadın və uşaq olmaqla azı 35 nəfər ölüb.

Aktual.az report-a istinadən bildirir ki, bu haqda "İndian Express" məlumat yayıb.
Təbii fəlakət nəticəsində ölkənin Pabna şəhərində 8 nəfər, Siracgənc və Racişah dairələrində 10 nəfər, Kişorgənc və Brahmanbarxiya əyalətlərində 8 nəfər, ölkə paytaxtı Dəkkədə futbol oynayan iki tələbə həyatını itirib. Daha 7 nəfər isə Banqladeşin müxtəlif ərazilərində ölüb.

Ölənlərin çoxu əkin sahələrində işləyən kəndlilərdir. Uşaqlar isə küçədə yağış altında oynayarkən onları ildırım vurub.

Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR