İki boksçumuz Rio-da mübarizəni dayandırıb

İki boksçumuz Rio-da mübarizəni dayandırıb
  • İDMAN

Ötən gecə daha bir neçə boksçumuz Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Aktual.az Azvision.az-a istinadən  xəbər verir ki, Azərbaycan boksçusu Cavid Çələbiyev 56 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Cavidin rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. Döyüşün nəticəsinə görə, Çələbiyev məğlub olub.


69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçu Pərviz Bağırov 1/8 finalda fransalı Süleyman Diop Sissoxo ilə qarşılaşıb. İlk raundda Bağırov üstün olsa da, digər iki raundda qalib gələn Sissoxo görüşü qalib kimi başa vurub. Beləliklə, Bağırov elə ilk görüşdəcə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR