İdmançımız erməni rəqibini biabır etdi

İdmançımız erməni rəqibini biabır etdi
  • İDMAN

Latviyanın Dauqavpils şəhərində gənc taekvondoçular arasında Avropa birinciliyi Azərbaycan millisi üçün uğurlu start götürüb.

Aktual.az Apasport.az- a istinadən xəbər verir ki, Taekvondo Federasiyasından verilən məlumata görə, Məmməd Abdullayevin yetirmələrindən üçü fəxri kürsüyə yüksəlib.

Belə ki, 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Qaşım Maqomedov özünü yaxşı tərəfdən göstərib. Öncə erməni rəqibi Harutyun Karbuzyanı 28:4 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca İlya Qritsyuka 15:8, ispaniyalı Xose İqnasioya 9:3 hesabı ilə qalib gəlib. Lakin Maqomedov gərgin keçən yarımfinal qarşılaşmasında rusiyalı Aleksey Rudnikə 1 xal hesabı ilə uduzaraq (20:21), üçüncü yerlə kifayətlənib.

Komandamızın digər üzvü Kamil Abdulrazakov (63 kq) da finala gedən yolda büdrəyib. O, Georgios İmvriotisi (Yunanıstan, 15:2), Kostadin Georgievskini (Makedoniya, 20:4), Patrik Anderseni (Danimarka, 14:2) yarışdan kənarlaşdırsa da, Nikola Dyurdyeviçə (Serbiya) qalib gələ bilməyib.

Qızlar arasında millimizi təmsil edən Gülhanım Yeşildal da bürünc medala layiq görülüb. O, belaruslu Svetlana Paçabutu 7:0, almaniyalı Fonda Natı 7:1, macarıstanlı Csenqe Patakfalvyanı 11:5 hesabı ilə məğlub etsə də, finala vəsiqə uğrunda döyüşdə polşalı Patrisya Adamkieviçlə mübarizəni aktivinə yaza bilməyib.

Qeyd edək ki, yarışın qarşıdakı günlərində yığmamızın digər üzvləri də tatamiyə çıxacaqlar.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR